21 Avqust 2015 16:24
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində qanunsuz silah gəzdirməkdə ittiham olunan Quba rayon sakini Nizami Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Nizami Seyidov “F-1” əl qumbarasının gövdəsini, iki ədəd qəlpəli “F-1”, “RQ-42”, “RQD-5” əl qumbara gövdələri, “ÜZQRM” alışdırıcıları, 15 ədəd zavod üsulu ilə istehsal edilmiş, 1981-ci il nümunəli, 7,62 mm kalibrli “SVD” konstruksiyalı snayper, “Mosin”, “SVT” konsturksiyalı tüfənglər, “PKM”, “PK” əl plemyotlarında döyüş sursatı hesab edilən birdəfəlik istifadə olunan təyinatı üzrə istifadəyə yararlı patronları əldə edib. O, həmin silah-sursatı yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 62-də saxlayıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının 5 dekabr 2014-cü il tarixdə Xaçmaz rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Nizami Seyidov həbs edilib. Ondan həmin silah-sursat aşakrlanaraq götülüb.

Məlumata görə, Nizami Seyidov keçmiş polis mayoru olub. Hazırda təqaüddə olan Nizami Seyidov bir neçə il öncə sələfi cərəyanına qoşulub. Daha sonra sələfilərin radikal qolu olan xəvaric qruplaşmasına daxil olub. Onun bölgədə gəncləri Suriyaya döyüşə getməyə təhrik etdiyi haqda məlumatlar var.

Nizami Seyidov Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib və Xaçmaz Rayon Məhkəməsinin hokum ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nazim Seyidovun vəkili Azad Vəliyev apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin yüngülləşdirilməsini istəyib. Vəkil bildirib ki, məhkəmə Nizami Seyidova cəza təyin edərkən onun barəsindəki yüngülləşdirici halları kifayət qədər nəzərə almayıb, ona cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edib. Vəkilin şikayəti baxılması üçün Mübariz Zeynalovun icraatına verilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edilib. Qərara görə, müdafiə tərəfinin apelyasiya şikayəti təmin edilib və Nazim Seyidovun cəzası 1 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər