Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Güllü Süleymanova yaşadığı evdə özünü iplə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov