Bərdə rayonunda kanalda batan azyaşlının meyiti tapılıb.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, Bərdə rayonu Xanağalı kənd sakini, 15 yaşlı Cəfərov Vüsal Qara oğlu 2 gün öncə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində batıb.
Onun meyiti su kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Daşqın Abdullayev