Bakının Səbail rayonunda azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov tutulub.
O, avqustun 30-da saat 17:30 radələrində N.Rəfibəyli küçəsində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Tamerlan Calalzadəyə zor tətbiq edərək 100 ABŞ dollarını soyğunçuluq yolu ilə alıb.
Hacı Zeynalov