7 Sentyabr 2015 13:52
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərpoçt"un Bərdə filialinda yangın baş verib.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, yanğın hadisəsi binanın ikinci mətəbəsindəki otaqlardan birində baş verib. Gecə saat 03.00 radələrində baş verən yanğından xəbər tutan mühafizəçilər dərhal hadisə yerinə yanğınsöndürmə briqdası çağırıblar. Yanğın qızsa vaxt ərzində söndürülüb.

"Azərpoçt"un Bərdə filialından bildirilib ki, yanğın binanın qarşısındakı parkı işıqlandırmaq məqsədilə çəkilən kabellərdə qısaqapanma nəticəsində baş verib. Yanğın zamanı poçtun texniki avadanlıqlarına ziyan dəyməyib.

Xaliq Salmanbəyli


Müəllif: