8 Sentyabr 2015 19:57
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialının əməkdaşları – İntiqam Fərəcov, Vüqar Vəliyev, Tural Mərdanov və Natiq Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bankın əməkdaşı Şahin Nağıyev ifadə verib. O, bildirib ki, 2011-ci ilin dekabrında Xəzər filialına Fikrət İbrahimov müdir, 2012-ci ilin fevralında isə Vüqar Əliyev müdir müavini təyin edilib. Onun sözlərinə görə, Xəzər filialında baş verən qanunsuzluqla bağlı baş ofisə məlumat daxil olub: “Filialda aparılan audit yoxlamar nəticəsində məlum oldu ki, tüfeyli həyat tərzi keçirən və əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan şəxslərin adına kreditlər yazılıb. Yoxlama zamanı həmçinin 5 girovlu avtomobil aşkar olunsa da, həmin avtomobillərdə yarasız olması üzə çıxdı”.

Onun sözlərinə görə, toplanmış materiallarla bağlı Baş Prokurorluğa müraciət edilib. O, qeyd edib ki, müraciət edilən məlumat əsasında cinayət işinin başlanması barədə banka əlavə məlumat verilib.
Məhkəmə iclası sentyabrın 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər