14 Sentyabr 2015 13:52
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı qəsəbəsində yaşayan Kənan Quliyev həbs edilib.

Onun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 568,5 qram olan 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sığırlı kəndində yaşayan Novruz İsmayılovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 96 kiloqam olan 120 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkar edilib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları da narkotiklərlə bağlı əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçala kənd sakini Qabil Abdullayevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 18 kiloqram 10 qram olan 18 ədəd çətənə kolu, evindən isə 3 kiloqram 115 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: