Zaqatala rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 86 yaşlı Xanpəri Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədikləri pulu ala bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov