22 Sentyabr 2015 12:45
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldurluq etdiyi üçün həbs olunan xalq artisti Kübra Əliyevanın oğlu Pentensiar Xidmətin müalicə müəssisəsində vəfat edib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən Rauf Məmmədov ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Rauf Məmmədov aptekə daxil olaraq orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirib. Daha sonra kassa aparatından 505 manat pul aparıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib.

O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər