Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi törədən sürücü məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 8-də Mircəfər Dadaşovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “ZiL-130” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Telman Quliyev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində araşdırma aparılıb.
Hacı Zeynalov