23 Sentyabr 2015 12:51
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 21-də Binəqədi şosesində Qazax rayon sakini Vasif Məmmədova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fikrət Kazımov tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Daş satışı bazarında fəhləlik eləyən Qazax rayon sakini, Xocahəsən qəsəbəsində müvəqqəti yaşayan 30 yaşlı Vasif Məmmədov bıçaqlanıb.

İlkin məlumata görə, onu Fikrət adlı müdiri bıçaqlayıb. Vasif Məmmədov Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Hadisəyə tərəflər arasında pul mübahisəsi səbəb olub. Vasif Məmmədov 3 il əvvəl müdirindən 500 manat borc alıb. O, aldığı borcu hissə-hissə qaytarsa da, Fikrət adlı şəxs ondan əlavə pul tələb edib, dəfələrlə hədə-qorxu gəlib. Sonuncu mübahisə isə davaya çevrilib və Vasif Məmmədov bıçaqlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər