23 Sentyabr 2015 16:39
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində avtomobillərdən oğurluq edən keçmiş məhkum yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Quliyev tutulub.

Rəşad Quliyev sentyabrın 21-də Zəhra Aslanovaya məxsus “BMW” markalı avtomobildən 700 manat və sənəd oğurlamaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: