28 Sentyabr 2015 15:15
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda yanacaqdoldurma məntəqəsində saxta pulla benzin alan sürücü həbs edilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 26-da “Mercedes” markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əskinas verib.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər