Daxili İşlər nazirliyi Xaçmaz rayonunda təbii fəlakət nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 29-da qeydə alınıb.
Əsən güclü küləkdən Xaçmaz rayonunun Hacıəhməd-oba kəndində şəhər sakini Rasim Qasımovun idarə etdiyi “Moskviç” markalı avtomobilin üzərinə ağac qırılaraq düşüb.
Nəticədə sərnişini Aslan Mahmudov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov