Oktyabrın 2-də gecə saat 1 radələrində Bakının Xətai rayonunda intihara cəhd olub.
Publika.az-ın məlumatına görə, olay “Sərhədçi” İdman Kompleksinin yaxınlığında baş verib.
Ətrafdakı binalardan birində yaşayan 25 yaşlı qadın özünü 8-ci mərtəbədən aşağı atıb. Qadın çiyni üstə binanın altında yerləşən mağazaların yumşaq dam örtüyünə düşüb. Zərbənin təsirindən dam örtüyünü deşib yerə düşən qadın sağ qalıb.
Təxminən 20-25 dəqiqə sonra hadisə yerinə çatan təcili yardım qadını xəstəxanaya aparıb.