Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Natiq Əliyevin üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 99,115 qram olan narkotik vasitə - tiryək, 2 ədəd bükümdə isə ümumi xalis çəkisi 17,163 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA