7 Oktyabr 2015 16:49
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Göygöl rayon sakini, 1978-ci il təvəllüdlü Mehriban Hacıyeva evindən bıçaqlanıb.

Mehriban Hacıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Mehriban Hacıyeva həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: