7 Oktyabr 2015 23:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rəşad İmanov yaşadığı evdə özü-özünə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Rəşad İmanov ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: