8 Oktyabr 2015 12:28
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran- Lerik yolunun 21-ci kilometrliyində- Lerikin Piran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qələbin kənd sakini 1984-cü il təvəllüdlü Kamal Adil oğlu Qasımovun idarə etdiyi "Niva" markalı avtomobil Brkandul kənd sakini 1993-cü il təvəllüdlü Rövşən Ədail oğlu Həsənovun idarə etdiyi "Vaz-2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Vaz-2107" markalı avtomaşında olan sərnişin ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər iki sürücünün vəziyyətinin ağır olduğununu bildirdilər. Sərnişin isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qəza zamanı hər iki avtomobil yarasız hala düşüb.
Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu hadisə son sutka ərzində baş verən ikinci hadisədir. Gecə də yol qəzası Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göygöl rayon sakini 1963-cü il təvəllüdlü Qəmşəddin Məhəmməd oğlu Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı məhəccərə çırpılmış, nəticədə sürücü Qəmşəddin Məmmədov və onun sərnişini 1966-cı il təvəllüdlü Yaqut Məmmədova yerindəcə dünyasını dəyişmişdi. Daha 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

/ANSPRESS/


Müəllif:

Oxşar xəbərlər