Rusiyada zorlama cinayəti törədən şəxs Sumqayıtda yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Vüsal Bağırov tutulub.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zorlama) və 132-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə axtarışda olub.
Hacı Zeynalov