9 Oktyabr 2015 13:52
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində Zabrat qəsəbəsində baş verən qətl hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Vüsal Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində qeydə alınıb. Orada kirayənişin yaşayan Vüsal Musayev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Zakirə Məmmədova tərəfindən təhqir olunub. Bu zaman o, mətbəx bıçağı ilə onu qətlə yetirib.

Ailə kirayə qaldıqları evə bir həftə əvvəl köçübmüş. Əslən Şərurdan olan mərhum Zakirə Məmmədova Nərimanov rayon ərazisində marketlərin birində kassir işləyib.

Vüsal Musayev prokurorluğa verdiyi ifadəsində hadisəni qısqanclıq zəmnində törətdiyini etiraf edib. Öldürülən 1986-cı il təvəllüdlü Zakirə Məmmədovanın bədənində 6 bıçaq yarası aşkarlanıb. Yaralardan 4-ü ürək nahiyəsi ətrafında müəyyən edilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 13-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər