9 Oktyabr 2015 16:49
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Zaur Tərlanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə ittiham edilir.

İttihama görə, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində Tərlanov qardaşları ölüb və cinayəti törədən hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Zaur Tərlanov yaxalanıb.

İlkin dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən vəkili Mehman Əliyev vəsatət qaldıraq bildirib ki, müdafiə etdiyi şəxsin talasemiya xəstəsidir: “Zaur Tərlanov qan azlığında şikayət edir, səhətində problemlər var. O, xəstəlikdən əziyyət çəkdiyi üçün məhkəməyə xüsusi maşınla gətirilmədir. Bununla bağlı Petensiar Xidmətə müraciət edilməlidir.

Yerində müşavirə keçirən hakim vəkilin vəsatətini təmin edib. Vəkil daha sonra təqsirləndirilən şəxsə məhkəmədə sui-qəsd hazırlanma ehtimalın olduğunu bildirib. Hakim heyəti vəkilin açıqlamasına dair müzakirə keçirərək qərar qəbul edib. Qərara görə, məhkəmə zalına gələn şəxslər xüsusi aparatla yoxlanmalı, telefon və digər aparatları məhkəmə zalında buraxılmamalıdır.

Mehman Əliyev bildirib ki, cinayət işi ilə tam tanış olmayıb. O, hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli, iş materiallarının yenidən istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib və məhkəmə baxışı oktyabrın 19-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər