16 Oktyabr 2015 09:37
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospekti, dalan 9-da yerləşən Əhmədov Səxavət Sudeyib oğluna məxsus evdə qeydə alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Elektrik naqillərində yaranan alov qaz balonuna keçib və qısa müddətdə evi bürüyüb. Ümumi sahəsi 180 kvadratmetr olan 6 otaqlı evin 100 kvadratmetr sahəsi və əşyaları ilə birlikdə yanaraq məhv olub.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: