Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Ələsgərova küçəsi, 17 ünvanını qarşısında qeydə alınıb.
Həmin ünvanda Murad adlı şəxs Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Orxan Ağayevin vuraraq mobil telefonun əlindən alıb və hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Əliyev saxlanılıb.
Hacı Zeynalov