21 Oktyabr 2015 14:11
3 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğu, sifarişli qətllər və digər xüsusilə ağır cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olan Ədalət Əsədullayevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 16 yanvar 2007-ci il tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Ədalət Əsədullayev vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətinə rədd cavabı verib.

Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Ədalət Əsədullayev apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ədalət Əsədullayevin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Hacı Məmmədov 25 nəfərlik dəstəyə başçılıq edilib. Hacı Məmmədov və onun dəstəsinin 10 üzvü ömürlük azadlıqdan məhrum edilib. Digər şəxslərə isə müxtəlif müddətlərə cəza verilib. Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev isə məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıq edilib. Onun cəzası ötən ilin martında başa çatıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər