Bakının Yasamal rayonunda oğurluq edən qadın yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Viktoriya İlinişna Kotleyardan 0,364 qram heroin aşkar edilib.
Müəyyən edilib ki, o, yanvarın 12-də Zərdabi küçəsində yerləşən ticarət mərkəzində Gülxar Nuhbalıyevanın içərisində 100 ABŞ dolları, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, martın 6-da Moskva prospektində Surxay Quluzadənin cibindən 200 manat, sentyabrın 10-da A.Şərifzadə küçəsində yerləşən mağazada Güləndam Həsənovaya məxsus içərisində 500 manat, iki ədəd mobil telefon, açar və şəxsiyyət vəsiqəsi olan əl çantasını oğurlayıb.
Hacı Zeynalov