Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun G.Əliyev küçəsi, 21 ünvanını qarşısında baş verib.
Həmin yerdə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədağa Səməd oğlu Səfərzadə bıçaqlanıb. Qarın nahiyyəsindən xəsarət alan 24 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, 1982-ci il təvəllüdlü Amid Əliyev tutulub. Hadisə gənclər arasında yaranan söyüş üstündə baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov