Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 24-də E.Babayev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Alı Alıyev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Xaliq Kələntərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov