30 Oktyabr 2015 12:53
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yük maşını aşıb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Zakir Qəmbərov idarə etdiyi “KAMZ” markalı avtomobili aşırıb.

Nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: