Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanlarının dünəndən başladığı əməliyyat tədbirləri davam edir.
Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Çevik Polis Alayı və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirir.
Xüsusi əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 3, ev 2 A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Quliyev Məmmədhənifə Əbdülrəhman oğlunun evində axtarış aparılıb.
Axtarış zamanı evdən 1 ədəd AC 49 serialı AKM avtomatı, 1 ədəd RQD əl qumbarası və dini kitabçalar aşkar edilib. Əməliyyat-axtarış tədbirləri zamanı Məmmədhənifə Quliyev evdə olmayıb.
Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Məmmədhənifə Quliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Hacı Zeynalov