Bakının Binəqədi rayonunda 23 yaşlı oğlanın üzünə sirkə turşusu töküblər.
Teleqraf.com xəbər verir ki, hadisə İ.Dadaşov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rafiq Əliyev iki nəfər tanışı ilə mübahisə edib. Mübahisə zamanı tanışları 23 yaşlı oğlanın üzünə sirkə turşusu töküblər. Rafiq Əliyev xəstəxanaya yerləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Rafiq Əliyevin üz nahiyəsinə sirkə turşusu tökməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1990-cı il təvəllüdlü Mirzə Məmmədov və 1988-ci il təvəllüdlü Elnur Həşimov tutulub.
Hacı Zeynalov