3 Dekabr 2015 13:16
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilir.

Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş tapança tapılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər