Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, Zərdab rayon sakini, 1979-cu il təvəllüdlü layiq Quliyev dələduzluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edib.
O, bildirib ki, 2014-cü ilin fevralında Sadiq adlı şəxs onun etibarından sui-istifadə edərək15 min manatını alaraq qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov