Bərdənin Uğurbəyli kəndində faciəli hadisə baş verib.
Teleqraf.com-un xəbərinə görə, kənd sakini Əli Məmmədovun evində qaz balonunun partlayıb və nəticədə onun ailə üzvlərindən iki nəfər ölüb, beş nəfər yaralanıb.
Yanıq xəsarəti alan 5 nəfər Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Xalid Salmanbəyli