7 Dekabr 2015 13:59
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ölümlə nəticələnən partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Asif Hüseynov M.Hadi küçəsində məişət tullantılarını yandırarkən zibil çəlləyi partlayıb.

Baş verən partlayış nəticəsində Asif Hüseynov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Asif Hüseynov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: