15 Dekabr 2015 12:41
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Nağı Həmidovu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nağı Həmidov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nağı Həmidov Narkotiklə Mübarizə İdarəsininməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb. O, Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər