16 Dekabr 2015 20:54
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, şəhər ərazisində Samux rayon sakini, 1973-cü il təvəllüdlü Muradil Misirov bıçaqlanıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan Muradil Misirovun vəziyyətinin ağır olduğu bildirilir.

Cinayətin kimin tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər