23 Dekabr 2015 14:26
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində Xırdalan şəhərində 9-cu sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Xırdalan şəhərində orta məktəblərdən birində törədiblər.

Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər - Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev eyni məktəbdə oxuyan Samirə Məmmədova (ad şərti verilib) ilə cinsi əlaqədə olublar. Onlar bu əməllərini videokamera ilə lentə alıblar.

Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qəti-imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.

Hökmdən təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində müdafiə etdikləri şəxslərin günahsız olduqlarını və bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Hacı Zeynalov


Müəllif: