Abşeron rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif Ağayev münaqişə zəminində həmyerlisi Əlibaba Məmmədova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.
Ağır yaralanan Ə.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov