Abşeron rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Naməlum şəxs fevralın 1-də Xırdalan şəhər sakini Azər Məmmədovun qarşısını kəsərək, pul verməsini tələb edib. Azər Məmmədovun pulu olmadığını görən həmin şəxs hadisə yerindən qaçıb.
Azər Məmmədov cinayətlə üzləşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İmamverdi Mirzəyev həbs edilib.
İmamverdi Mirzəyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov