9 Fevral 2016 17:42
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda soyğunçuluq edən gənc Ağdamda yaxalanıb.

Teleqraf.com-un xəbərinə görə, Ağdam rayonu, Mirəşelli kənd sakini, 1987-ci il təvəllüdlu Məmmədov Razi Aqil oglu Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun Babayeva Vüsalə VBaris qızının şikayəti əsasında saxlandığı bildirilir. Belə ki, Vüsalə Babayeva Binəqədi polisinə tanımadığı şəxs tərəfindən soyğunçuluğa məruz qaldığı barədə məlumat verib. Ərizədə bildirilib ki, şikayətçiyə tanımadığı şəxs tərəfindən zəng gələrək uduşlu oyunda hədiyyə qazandığı bildirilib və "hədiyyənin" verilməsi üçün yer təyin edilib. Öncədən təyin olunan yerə gələn Vüsalə Babayevanın mobil telefonunu görüş təyin edən şəxs alaraq qaçıb. Baş verən hadisədən sonra xanım Binəqədi rayon Polis Şöbəsinə soyğunçuluğa məruz qalması barədə məlumat verib. Aparılan araşdırma zamanı soyğunçuluğu törədən şəxsin Ağdam rayonu, Mirəşelli kənd sakini Razi Məmmədov olduğu müəyyən edilib. Müəyyən edilən şəxs barəsində axtarış qərarı verlib. Ağdam rayon Polis Şöbəsi Razi Məmmədovun Mirəşelli kəndində olduğunu müəyyən edərək, onu saxlayıb və cinayət məsulliyyətinə cəlb edib. Hazırda Razi Məmmədovun başqa cinayətlərdə əli olub-olmadığı araşdırılır.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər