Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.
Rayon sakini olan Kəmalə Əhmədova həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilir. İlkin məlumata görə, həyat yoldaşı onun başına ütü ilə zərbələr vuraraq öldürüb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Qeyd edək ki, öldürülən Kəmalə Əhmədova rayonda həkim kimi çalışıb. Məlumata görə, qadının övladları Bakıda yaşayıb.
Xalid Salmanbəyli