Kür çayında batan kişinin meyiti tapılıb.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, bir neçə gün öncə Laçın rayonun Fingə kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlu Kür çayında batıb.
Qiyas Kərimovun meyiti bu gün səhər saatlarında tapılıb. Mərhumun yaxınlarının bildirdiyinə görə, meyit batdığı yerdən bir neçə kilometr aralıda suyun üzünə çıxıb.
Qeyd edək ki, Qiyas Kərimov Ağcabədi rayonu, Taxtakörpü ərazisində batmışdı.
Xalid Salmanbəyli