16 Fevral 2016 15:02
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan ərazisindən bəyan etməməklə çıxarılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Sankt-Peterburq aviareysilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Şöhlət Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər