17 Fevral 2016 12:41
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-İstanbul aviareysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selami gömrük nəzarətindən keçərkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlamaya dəvət olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Demir Selaminin üzərində yoxlama aparılarkən əynindəki göy rəngli şalvarın sağ qabaq cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və elektron formada bəyan olunmayan hər biri 100 ABŞ dolları nominalında 50 ədəd pul əskinası, cəmi 5000 ABŞ dollar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər