18 Fevral 2016 15:59
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda şirkətdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki “Royal Ekspress” MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər