19 Fevral 2016 12:17
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşlarına qarşı quldurluq edən 1996-cı il təvəllüdlü Nanaz Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 17 yaşlı Namaz Bəkirov Bakıda əməliyyat komitəsinin əməkdaşkarı olan Avstraliya və Böyük Britaniya vətəndaşlarına qarşı quldurluq edib. O onların birindən 650 AZN , digərindən sə 150 AZN pullarını alıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışı zamanı Namaz Bəkirovun 7 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Namaz Bəkirov son sözlə çıxış edərək, atasının yanına getmək istədiyi bildirib. O, bildirib ki, atası və nənəsi dustaqlıq həyatı yaşayır.

Hakimlər kollegiyasının hökmünə əsasən Namaz Bəkirov 6 il 6 ay müddətə azadılıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: