Kikboksinq üzrə 9 qat Azərbaycan çempionu, 3 qat dünya çempionu və WAKO üzrə Avropa çempionu, idman ustası Ramal Aslanovun adına xüsusi hədiyyə hazırlanıb.
Publika.az xəbər verir ki, 3 qat dünya çempionu üçün hazırlanan hədiyyə dəri döyüş əlcəyidir.
Bu hədiyyənin özəlliyi isə onun adının əlcəyin üstündə yazılmasıdır. İdmançı hədiyyəni verən şəxsin adını açıqlamasa da, bu fikirləri bildirib:
“Çox yaxın və əziz bir insan mənim üçün xususi olaraq bu əlcəyi hazırlatdırıb. Çox sağ olsun, dəyərli hədiyyəyə görə...”
Xatırladaq ki, bu günlərdə keçirilən kikboks üzrə 22-ci Azərbaycan çempionatında “Lord” ləqəbli Ramal Aslanov yenə birinciliyi əldən verməyib. O, 71 kq çəki dərəcəsində qızıl medal qazanıb.