24 Fevral 2016 15:18
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1962-ci ilə təvəllüdlü Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Valeh Məmmədov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, keçən il iyul ayından Cinayət Məcəlləsinin 178.3.2- (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər