Paytaxtda intihara cəhdin qarşısı alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin intihar etmək məqsədilə yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.